Niderlandda “Sahibsiz ağ ayaqqabılar” aksiyası keçirilib - FOTO

 18:47 24.04.2021     112

Niderlandda “Sahibsiz ağ ayaqqabılar” aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Redaktor.az-a verilən məlumata görə, “Sahibsiz ağ ayaqqabılar” aksiyası haqqında Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, səssiz aksiya Ermənistanın bütün hüquqi normaları pozaraq minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsini ictimaiyyətin diqqətinə çatdırmaq üçün təşkil edilib. Aksiya Niderlandda yaşayan bütün azərbaycanlı icmanın iştirakı ilə keçirilib. Aksiyada ərazilərimizin minalanmasına qarşı plakatlar və müxtəlif haştaqlar diqqətə çatdırılıb, Ermənistan səfirliyinin poçt qutusuna petisiya atılıb.

Aksiya zamanı “Azərbaycanı minalardan azad et!” şüarı yazılmış plakat Amsterdam səmasında təyyarə ilə 1 saat dövrə vurub. Hava reklamı aksiyası “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

222