Baxçalıdan ABŞ-a kəskin mesaj: “Heç bir şey əvvəlki kimi olmayacaq”

 23:10 24.04.2021     133

“Baydenin qalmaqallı açıqlaması ilə Türkiyə-ABŞ münasibətləri bundan sonra fərqli bir məcraya yönəlmə riski daşıyır”.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı “Twitter” hesabında yazıb.

“Dostluq və strateji bağlar qurduğu bir ölkəyə soyqırımı kölgəsi salmağa cəhd edən bir düşüncə ilə yəqin ki, heç bir şey əvvəlki kimi olmayacaqdır”, - deyə D.Baxçalı bildirib. //Oxu.az