Nigeriyada yol qəzası: Ölənlər var

Nigeriyanın İlorin şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.
Redaktor.az-ın məlumatına görə, toqquşma nəticəsində 11 nəfər həalk olub, 9 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, qəzaya səbəb sürət həddinin aşılması olub. Qəza ilə bağlı araşdırma aparılır. //Trend.az