Rusiyada yanğın: Ölən və yaralananlar var

Rusiyanın Sverdlovsk vilayətinin Sysert qəsəbəsindəki yaşayış evlərinin birində mənzildə yanğın olub.
Redaktor.az-ın verdiyi məlumata görə, yanğın nəticəsində bir uşaq ölüb, ikisi isə yaralanıb.
Yanğınsöndürənlərin gəlişindən əvvəl dördü uşaq olmaqla 24 nəfər müstəqil şəkildə yanğın nərdivanlarından təxliyə olunub. Yanğın söndürülüb. //APA