Türkiyə ordusunun möhtəşəm qələbəsi - TARİXDƏ BU GÜN

 11:07 25.04.2021     149

Redaktor.az 25 aprel tarixində dünyada baş vermiş ən yaddaqalan hadisələrin xronologiyasını təqdim edir:

1719-cu ildə Daniel Defonun "Robinzon Kruzo" romanının ilk nəşri işıq üzü görüb.
1901-ci ildə Nyu-York ştatında ilk dəfə avtomobillərə nömrə tətbiq olunmağa başlanıb.
1915-ci il: I Dünya müharibəsi: İngilis-fransız qüvvələri türklərin qələbəsi ilə başa çatan "Arıburnu" desant əməliyyatına başlayıblar.
1945-ci il: II Dünya müharibəsi: Elba çayı üzərində ABŞ və Sovet qoşunları görüşüblər.
1974-cü ildə Portuqaliyada Qərənfil inqilabı 45 illik faşist diktaturasına son qoyub.
1983-cü ildə SSRİ rəhbəri Yuri Andropov amerikalı məktəbli Samanta Smiti ölkəsinə dəvət edib.
2005-ci ildə Yaponiyada qatar qəzası nəticəsində 107 nəfər həlak olub.