Məşhur repçi hoteldə ölü tapılıb

 11:36 25.04.2021     71

DMX və Black Robdan sonra repçi Shock G da hotel otağında ölü tapılıb.

Redaktor.az bildirir ki, Tupakı rep dünyasına bəxş edən şəxs olaraq tanınan Shock G-nin ölümü barədə “Digital underground”un qurucu ortağı Chopmaster J “Instagram” hesabından paylaşıb.

Əsl adı Qreqori Yakobs olan Shock G-nin ölümü sosial mediaya böyük təsir göstərib. 1987-ci ildə Chopmaster J ilə “Digital Underground”u quran Shock G Tupaka şans verən biri kimi daha böyük şöhrət qazanıb.

Qrupun ən uğurlu mahnısı 1990-cı ildə çıxan “The Humpty Dance” olub. //Oxu.az