Aktiv COVID-19 xəstələrinin sayı 1810 nəfərə düşüb - İsrail

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 79 nəfər yoluxub.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 837 971 nəfərə, ölənlərin sayı isə 6 350 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 829 811 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb. //Trend.az