Koronavirusdan ölənlərin sayı 390 minə çatır - Braziliya

 03:05 26.04.2021     196

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 71 137 nəfər yoluxub.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 308 215 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 076 nəfər ölüb, ölənlərin ümumi sayı 389 492 nəfər təşkil edir. //Trend.az