Türkiyə və ABŞ arasında nə baş verəcək? - TƏHLİL

 13:04 25.04.2021     481

ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı" ifadəsi işlətməsindən sonra Türkiyə və ABŞ arasında münasibətlərin hansı səviyyədə davam edəcəyi ciddi maraq doğurur. Baydenin tarixi təhrif etmək cəhdləri böyük narazılıq dalğası yaradıb.

Redaktor.az xəbər verir ki, "Bloomberg" bundan sonra baş verəcək məsələlərlə bağlı məqalə dərc edib. ABŞ-ın media təşkilatı Baydenin açıqlamalarının Türkiyəyə hansı praktiki təsirlərə yol açacağını araşdırıb.

1. Soyqırım nədir?

Bu anlayış ilk dəfə 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində nasistlərin yəhudilərə qarşı etdiyi qırğından sonra ortaya çıxıb. 1948-ci ildə imzalanmış bir mətndə "irqi, dini və ya etnik bir qrupun və ya bir millətin qismən və ya tamamilə məhv edilməsinə yönəlmiş hərəkətlər" soyqırım kimi dəyərləndirilib.

2. Nə vaxt istifadə edilib?

1994-cü ildə Ruandada Tutsilərin öldürülməsi və 1995-ci ildə Bosniyada Srebrenitsa qırğınından sonra Beynəlxalq Cinayət Məhkəməsində istifadə olunub. Myanmada Arakan müsəlmanlarına qarşı zorakılıq hal-hazırda Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən istintaqa alınıb. Bu hadisələr də soyqırım xarakteri daşıyır.

3. Beynəlxalq məhkəmələrin hansı səviyyədə səlahiyyətləri var?

Beynəlxalq Cinayət Məhkəməsi məhdud səlahiyyətə malikdir. Ancaq BMT Təhlükəsizlik Şurasının təsiri ola bilər. BMMT-nin daimi üzvləri veto hüququna malik olduqları üçün ölkələr birgə qərarlar qəbul etməlidirlər. Bu ortaq fəaliyyət çərçivəsində həbs, dəlil toplamaq və şahidlərin qorunması kimi zəruri addımlar atıla bilər. 

4. ABŞ prezidentinin açıqlamasının təsiri hansı dərəcədə ola bilər?

Yeni bir hökumət gəldiyindən, bunu müəyyənləşdirmək çətindir. 2016-cı ildə o zaman ABŞ Dövlət Katibi olan Con Kennedi İŞİD-in soyqırım etdiyini söyləmişdi, lakin bu simvolik xarakterli açıqlama idi. Pompeo Çini soyqırım törətməkdə qınamışdı. ABŞ indi də bəzi sahələrdə Çinə sanksiyalar tətbiq edir.

5. Çinə digər təsirləri necə ola bilər?

Beynəlxalq Cinayət Məhkəməsi dekabr ayında uyğur türklərinə qarşı şiddəti araşdırmaqdan imtina edib. Ancaq digər təzyiq nöqtələri də var. Pompeo soyqırım məsələsini gündəmə gətirərək Çindəki şirkətləri boykot etməyə zəmin yaratdı. 

Orxan İsmayılov / Redaktor.az