Rusiyada ölənlərin sayı 108 mini ötüb - COVID-19

 23:59 25.04.2021     311

Rusiyada son sutka ərzində daha 8 780 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Redaktor.az-ın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 762 569 nəfərə çatıb.

Son sutka ərzində 332 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 108 232 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir. //APA