Türkiyə ABŞ hərbçilərini “İncirlik” aviabazasından çıxara bilər

 17:00 25.04.2021     76

Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçek ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlərin ardından bu ölkənin hərbi qüvvələrinin Türkiyənin İncirlikdəki hərbi bazasından istifadəsinə qadağa qoyulması təklifini irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi Türkiyə mediasına açıqlaması zamanı bildirib.

“Türkiyə Silahlı Qüvvələri İncirlik aviabazası üzərində tam nəzarəti bərqərar etməli və oradakı ABŞ hərbçilərini 15 gün ərzində evlərinə qaytarmalıdır”, -deyə partiya sədri bəyan edib.

Qeyd edək ki, hazırda Adana vilayətindəki İncirlik aviabazası həm Türkiyə, həm də ABŞ HHQ tərəfindən istifadə olunur. //Oxu.az