İndoneziyada itkin düşən sualtı qayıq tapılıb

Axtarış qrupları Bali adası yaxınlığında Bali dənizində yoxa çıxan Nanggala sualtı qayığının qalıqlarını tapıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə jurnalistlərə İndoneziya Silahlı Qüvvələrinin Baş Komandanı Hadi Tçaxdjanto və ölkənin Hərbi Hava Qüvvələri qərargahının rəisi admiral Yudo Marqono bildirib.
Qeyd olunub ki, KRI Nanggala-402 adlı gəmidə 53 nəfər olub.
"Detik" nəşrinin verdiyi məlumata əsasən, axtarış qrupu batan sualtı qayığın üç hissəsini tapıb. Y.Marqano KRI Nanggala sualtı qayığının üç hissəyə bölündüyünü təsdiq edib. //Trend.az