Fransada daha 145 nəfər ölüb - COVID-19

Fransada son gündə koronavirusa 24 465 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 145 nəfər COVID-19-dan ölüb.
Fransada koronavirusa yoluxanların ümumi sayı 5 498 044, ölənlərin sayı isə 102 858 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az