Bill Qeyts koronavirusun bitəcəyi tarixi AÇIQLADI

 10:54 26.04.2021     772

"Microsoft"un rəhbəri Bill Qeyts koronavirus epidemiyası haqqında növbəti dəfə açıqlama verib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "Sky News" məlumat yayıb.

COVID-19 əleyhinə hazırlanan vaksinlərin sürətlə yayıldığını vurğulayan B.Qeyts, 2022-ci ilin sonunda həyatın normal axara qayıdacağını gözlədiyini bildirib. Onun fikrincə, yaxın bir neçə ay ərzində peyvəndlər inkişafdan qalan ölkələrdə belə əlçatan olacaq. Bu mərhələdən sonra inkişaf etmiş ölkələr peyvəndləri kasıb ölkələrlə də bölüşəcək və bu, pandemiyanın zəifləməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, koronavirusa qarşı başladılan layihələrə maliyyə dəstəyi verən Qeyts, bu məqsədlə milyonlarla dollar xərcləyib. Onun və həyat yoldaşının birgə açdıqları Qeyts Fondu virusa qarşı aparılan layihələrə maddi baxımdan kömək edir.

Orxan İsmayılov / Redaktor.az