Parisdə ermənilərin dərsi belə verildi... - FOTO

 11:52 26.04.2021     345

Fransanın paytaxtı Parisdə qondarma "erməni soyqırımı" abidəsi (Komitas) önündə ermənilərin keçirdiyi tədbir bir neçə saat gecikib. 

Redaktor.az xəbər verir ki, naməlum şəxslər abidənin ətrafına fransız dilində ermənilərin vəhşiliklərini əks etdirən, "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik", "İnsan ölümlərinə son qoyulsun", "Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir", "Ermənistan, müharibə cinayətlərini dayandır!", "Uşaqlar mina qurbanı olmasın!" şüarları yazılıb. 

Sözügedən şuarları silmək üçün Fransa polisi xeyli vaxt sərf edib. Bu səbəbdən ermənilərin "qondarma soyqırım" tədbiri xeyli gecikib.

2222