Gürcüstanda komendant saatı bir günlük ləğv olunacaq

 17:56 26.04.2021     291

Gürcüstanda Pasxa gecəsi ölkədə qüvvədə olan komendant saatı ləğv olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, mayın 2-nə keçən gecə saat 23:00-dan 04:00-dək hərəkətə məhdudiyyət aradan götürüləcək.

Qeyd edək ki, qonşu ölkədə pandemiya səbəbindən ötən ilin noyabrından saat 21:00-dan 05:00-dək komendant saatı tətbiq olunur. Novruz bayramı ilə bağlı Gürcüstanda yaşayan soydaşlarımız hökumətdən martın 21-də bu məhdudiyyətin bir günlük ləğvini xahiş etsələr də, müraciət təmin olunmayıb. //Report.az