Zelenski Rusiya prezidenti ilə görüşə razılıq verdi

 16:30 26.04.2021     75

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyalı həmkarı ilə görüşəcəyini bəyan edib.

Redaktor.az bildirir ki, bu barədə “RBK-Ukrayna” informasiya agentliyi məlumat yayıb.

Artıq bu məqsədlə V.Zelenski öz ofisinin rəhbərinə görüş təşkil etmək üçün Rusiya Federasiyası Prezident Administrasiyasına müraciət etməyi tapşırıb.

Eyni zamanda, Ukrayna prezidenti Vladimir Putin ilə görüşün harada baş tutmasının əhəmiyyət daşımadığını söyləyib. //Oxu.az