Putin vacib fərman imzaladı - Müharibəyə HAZIRLIQ

 17:00 26.04.2021     81

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbi qulluqçuların hərbi toplanışa çağırılması barədə Fərman imzalayıb.

Redaktor.az-ın məlumatına görə, Fərmana əsasən, ehtiyatda olan hərbi qulluqçular Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin tərkibində hərbi toplanışa çağırılırlar.

Rusiyanın Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Fərman dərc olunduğu gündən – aprelin 26-dan qüvvəyə minir. //APA