Rumıniya rusiyalı diplomatı deportasiya edir

 20:14 26.04.2021     346

Rumıniya Rusiyanın Buxarestdəki Səfirliyinin bir əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

Redaktor.az xəbər verir ki, Rusiyanın Buxarestdəki Səfirliyinin hərbi attaşe müşaviri Aleksey Qrişayevin 1961-ci il Diplomatik Əlaqələr Haqqında Vyana Sazişinə zidd hərəkət və fəaliyyət göstərdiyi bildirilib.

Rusiyalı diplomatdan ölkəni tərk etmək tələb olunub.

XİN-ə çağırılan Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzminə bununla bağlı məlumat çatdırılıb. //Qafqazinfo