Norveçin Baş naziri koronavirusa qarşı peyvənd olunub

 20:30 26.04.2021     172

Norveçin Baş naziri Erna Sulberq koronavirusa qarşı peyvəndin ilk dozasını vurdurub.

Redaktor.az xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilib ki, Baş nazirdən əlavə Xarici İşlər və Müdafiə nazirləri olmaqla dörd hökumət üzvü də peyvənd olunublar.

Baş nazir qeyd edib ki, əsasən çox sayda beynəlxalq görüşlərdə və digər ölkələrə səfərlərdə təmsil olunacaq rəsmilər peyvənd olunublar. O, misal kimi NATO-nun iyun ayında Brüsseldə keçiriləcək zirvə görüşünü qeyd edib.

Məlumat üçün bildirək ki, Baş nazir ABŞ-ın “Moderna” şirkətinin istehsalı olan peyvənddən istifadə edib. //APA