Türkiyədə yoluxanların son STATİSTİKASI

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 353 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 37312 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 48027 nəfər sağalıb, ağır xəstə sayı isə 3563 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 4667281 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4121671 nəfər sağalıb, 38711 nəfər isə ölüb.