İngiltərənin hücum qrupu hərəkətə keçib - DÖYÜŞ GƏMİLƏRİ YOLA DÜŞDÜ

 11:08 27.04.2021     278

Mayda Qara dənizə iki hərbi gəmi göndərməyə hazırlaşan İngiltərənin növbəti həmləsi dünyada böyük əks-səda doğurub.

Redaktor.az xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyi ən böyük dəniz donanmasının Sakit okeana üz tutacağını və təyyarə gəmisi "HMS Queen Elizabeth"in hücum qrupuna rəhbərlik edəcəyini açıqlayıb.

Müdafiə naziri Ben Uollas təyyarə gəmisi zərbə qrupunun (CSG) Sakit okeana gəlməsi ilə Qlobal Britaniya bayrağının yenidən dalğalanacağını və gücünü göstərəcəyini söyləyib.

Birləşmiş Krallığın geri çəkilmədiyini bildirən Uollas, XXI əsrdə beynəlxalq sistemin formalaşmasında donanma fəaliyyətinin mühüm rol oynayacağını dilə gətirib.

Orxan İsmayılov / Redaktor.az

 

222