Gürcüstan Parlamentinin yeni spikeri seçilib

 16:15 27.04.2021     146

Gürcüstan Parlamentinin vitse-spikeri Kaxa Kuçava səs çoxluğu ilə respublikanın qanunverici orqanının sədri vəzifəsinə seçilib.

Redaktor.az bildirir ki, bu barədə “Rustavi 2” telekanalı xəbər yayıb.

Məlumata görə, onun namizədliyini 86 millət vəkili dəstəkləyib, altı nəfər əleyhinə çıxıb.

Xatırladaq ki, aprelin 24-də Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze istefa qərarı barədə bəyan edib. Bundan sonra hakim “Gürcü Arzusu” Partiyası Kuçavanı bu vəzifəyə namizəd irəli sürüb. //Oxu.az