Kremldən Putin-Zelenski görüşü barədə açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Zelenskinin görüşü barədə açıqlama verib.
Redaktor.az xəbər verir ki, Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşünün məqsədi Donbassdakı münaqişə ilə bağlı ola bilməz.
“Vladimir Putinin də mövqeyi istisnasız olaraq bundan ibarətdir. Rəsmi Kiyev hələlik danışıqların baş tutacağı yer qismində Moskvadan fərqli məkan təklif etməyib”, - D.Peskov bildirib.
Onun sözlərinə görə, mümkün görüşün gündəliyi ətrafında bir çox detallara aydınlıq gətirilməlidir. //Ölke.az