Generallar Makronu çevrilişlə hədələdilər

 17:00 27.04.2021     78

İyirmi general daxil olmaqla mindən artıq istefada olan fransalı zabit prezident Emmanuel Makrona açıq məktub yazaraq, islamlaşma səviyyəsinin artması səbəbindən ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu bildiriblər, eyni zamanda, hər hansı tədbir görülməyəcəyi təqdirdə, hakimiyyəti öz əllərinə alacaqları ilə hədələyiblər.

Redaktor.az bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Təqaüdçü zabitlər həmçinin respublika ərazisində qanunların işləmədiyi anklavların meydana gəlməsi səbəbiylə ölkənin çökmə ərəfəsində olduğunu vurğulayıblar.

Bundan başqa, Makrona “sarı jiletlər”in nümayişləri zamanı hüquq-mühafizə orqanlarını “günah keçisi” kimi ifşa etdiyi xatırladılıb və ordu qüvvələrinin mövcud Fransa təhlükəsizlik qüvvələri arasında geniş dəstək aldığına eyham vurulub.

Məktub müəlliflərini “Milli cəbhə” Partiyasının lideri Marin Le Pen də dəstəkləyib. O, istefada olan hərbçiləri “Fransa uğrunda mübarizəyə” qoşulmağa çağırıb. //Oxu.az