Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

 22:57 27.04.2021     253

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 346 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 43,301 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 45,592 nəfər sağalıb, ağır xəstə sayı isə 3549 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 4,710,582 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4,167,263 nəfər sağalıb, 39,057 nəfər isə ölüb. 

Vumart və Güvən reklamı Vumart Güvən