Bayden Putinlə görüş haqqında suala cavab verə bilməyib

 23:20 27.04.2021     60

ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüş üçün ilkin şərtləri irəli sürüb-sürməyəcəyi barədə suala cavab verməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, Bayden jurnalistlərin bununla bağlı sualına cavabında bildirib:

"Mən bunu başqa gün müzakirə edəcəm".

Qeyd edək ki, daha əvvəl ABŞ tərəfinin təşəbbüsü ilə Co Baydenlə Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Bundan sonra yayda ABŞ və Rusiya rəhbərlərinin ilk görüşü barədə məlumat yayılıb. Lakin Kreml iyunun 15-16-da Putinlə Baydenin görüşəcəyi barədə məlumatı təsdiqləməyib. Bununla yanaşı qeyd edilir ki, ölkə liderləri yayda görüşə bilərlər, ancaq hələlik dəqiq tarix yoxdur. //Report