Hosteldə güclü yanğın: Ölənlər var / VİDEO

 14:14 28.04.2021     240

Latviyanın paytaxtı Riqanın mərkəzində yerləşən hosteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həlak olub.

Redaktor.az bildirir ki, bu barədə "Delfi.lv" portalı məlumat yayıb.

Yanğın altı mərtəbəli yaşayış binasında baş verib.

Qeyd olunur ki, yanğın binanın hostel kimi istifadə olunan, xarici vətəndaşların qaldığı mərtəbəsində qeydə alınıb. //Oxu.az