ABŞ-ın fond bazarı çöküb

 18:00 28.04.2021     111

ABŞ Federal Ehtiyat Sisteminin ikigünlük iclasının yekunlarının açıqlanması və İT nəhənglərinin korporativ nəticələrinin çıxması ərəfəsində ABŞ-ın əsas fond indeksləri mənfi dinamika ilə yadda qalıb.

Redaktor.az xəbər verir ki, çərşənbə axşamı bazar bağlandıqdan sonra “Alphabet” (-0,8%) və “Microsoft” (+0,2%) rüblük nəticələri təqdim edib.

Çərşənbə axşamı vaxtı uzadılmış ticarətlərdə ən böyük proqram təminatı istehsalçısı olan “Microsoft”un səhmləri 2,6% azalıbsa, aparıcı axtarış sistemi “Alphabet”in (Google) səhmləri 4,3% artıb. Bu gün ticarət bitdikdən sonra bazar “Apple” (-0,2%) və “Facebook”un (+0,2%) hesabatlarını “həzm etməlidir”.

“Brent” markalı neft çərşənbə axşamı 1,2% bahalaşaraq 66,4 dollar/barelə yüksəlib. "OPEC+" sazişinin iştirakçıları mayın 1-dən başlayaraq, planlaşdırılan neft hasilatı artımının əvvəlki razılaşmalar üzrə saxlanmasına - gündəlik 350 min barel artıma qərar veriblər. Kartel və müttəfiqləri əmindirlər ki, Hindistanda COVID-19-a yoluxmaların sayında yaşanan kəskin artım uzunmüddətli perspektivdə enerji daşıyıcılarına tələbata mənfi təsir göstərməyəcək. //Report.az