Türkiyə və Türkmənistan prezidentlərinin telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının "Twitter" hesabında məlumat verilib.
Rəcəb Tayyib Ərdoğan Türkmənistan liderinə atasının vəfatı ilə əlaqədar başsağlığı verib. //APA