Moldovada parlament buraxılıb

 20:29 28.04.2021     373

Moldovada parlament buraxılıb.

Redaktor.az xəbər verir ki, ölkə Prezidenti Mayya Sandu parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi haqda fərman verib. Bu barədə o, brifinq zamanı elan edib:

“Parlamentin buraxılması haqda fərman verdim. Növbədənkənar seçkilər iyulun 11-də keçiriləcək”.

Xatırladaq ki, martın sonunda Sandu parlamentin buraxılması və erkən seçkilərə təşəbbüs hüququnu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Belə ki, deputatlar üç ay ərzində iki dəfə hökumət qura bilməyiblər. //Qafqazinfo