Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

 00:18 29.04.2021     121

Türkiyədə son 24 saat ərzində 283 261 nəfərin COVID-19 testi yoxlanıb.

Redaktor.az məlumat verir ki, ölkədə günlük yoluxma sayı 40,444 nəfər təşkil edib.

341 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 4,212,461 nəfərə çatdığı bildirilib. Onlardan 45,198 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 3558 nəfər ağır COVID xəstəsi müalicə alır. //Oxu.az