Britaniyada son sutkada 29 nəfər koronavirusdan ölüb

Böyük Britaniyada son sutka ərzində 2166 nəfər koronavirusa yoluxub.Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,411,797 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 29 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127,480 nəfərə çatıb. //APA