Türkiyə ordusu şəhid verib

 09:09 29.04.2021     461

Terrorçuların "Pençe-Yıldırım" bölgəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub, iki nəfər isə yaralanıb.

Redaktor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, yaralanmış hərbçilər xəstəxanaya aparılıb.

Bölgədə əməliyyatlar davam etdirilir.

Orxan İsmayılov / Redaktor.az