Zelenski Putinlə Vatikanda görüşmək istəyir

Ukayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün Vatikanın ideal məkan olduğunu bildirib.
Redaktor.az bildirir ki, bu barədə o, “la Repubblica” nəşrinə müsahibə zamanı məlumat verib.
Ukrayna dövlət başçısı qeyd edib ki, Rusiya prezidentli ilə Donbasdakı sülh prosesini müzakirə etmək istəyir.
Zelenskinin bu sözlərinə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı rəsmi təklif almadıqlarını deyib. //Oxu.az