Kim Çen In vəzifəli şəxsi edam etdirib

 12:40 29.04.2021     634

Şimali Koreya prezidenti Kim Çen In növbəti dəfə vəzifəli şəxsə ölüm hökmü verilməsi ilə yadda qalıb.

Redaktor.az-ın məlumatına görə, ötən ilin mart ayında ölkə lideri təməlini qoyduğu xəstəxananın 6 ay ərzində tikilməsi ilə bağlı təlimat verib. Paytaxt Pxenyanda tikilən xəstəxananın Avropadan gətirilən tibbi avadanlıqlarla təchiz olunması tapşırılıb.

Bir müddət sonra ölkə lideri xəstəxananı yoxlamağa gedib və verdiyi təlimatların yerinə yetirilmədiyinin şahidi olub. 

Məlumata görə, xəstəxananın tikintisinə rəhbərlik edən şəxsə ölüm hökmü verilib.

Orxan İsmayılov / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən