SON DƏQİQƏ: Sərhəd zastavası vuruldu - 16 yaralı var / VİDEO

 18:44 29.04.2021     1246

Qırğızıstan və Tacikistan sərhədində iki ölkənin silahlı qüvvələri arasında silahlı qarşıdurma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, hadisə zamanı bir Qırğızıstan vətəndaşı ölüb, 16 nəfər isə yaralanıb.

Qeyd edək ki, qarşıdurmaya görə hər iki dövlət məsuliyyəti bir-birinin üzərinə atıb.

Son məlumata görə, Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı insidentlə əlaqədar hökumət üzvlərinin iştirakı ilə operativ əməliyyat müşavirəsi keçirib.