Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

 19:38 29.04.2021     278

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, razılığa əsasən, bu gün yerli vaxtla saat 20.00-dan atəşkəs qüvvəyə minməlidir.

Razılaşmaya görə, hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdacaq.

Tərəflər ərazidə monitorinq aparılması barədə də razılığa gəlib. //APA