Türkiyədə 17 günlük tam qapanma başlayıb

 21:56 29.04.2021     223

Türkiyədə koronavirus pandemiyası səbəbindən elan edilən tam qapanma başlayıb.

Redaktor.az-ın məlumatına görə, lokdaun yerli vaxtla saat 19:00-dan etibarən qüvvəyə minib.

Qərara əsasən, qapanma mayın 17-si saat 05:00-dək davam edəcək.

Bu müddət ərzində DİN tərəfindən xüsusi icazə verilən şəxslər istisna olmaqla, bütün ofislər, iş yerləri bağlanacaq. Şəhərlərarası səyahətlər yalnız icazə əsasənda həyata keçiriləcək. İctimai nəqliyyat isə 50 % gücü ilə çalışacaq. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən