Britaniyada son sutka ərzində 2445 nəfər yoluxub - COVID-19

Böyük Britaniyada son sutka ərzində 2445 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,414,242 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 22 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127,502 nəfərə çatıb. //APA