Türkiyədə bu gün 339 nəfər COVID-19-dan həyatını itirib

 22:36 29.04.2021     270

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 339 nəfər həyatını itirib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunmağa başlanılıb. Son 24 saatda 278,108 nəfər test edilib, 37 674 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3581 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə  39,737 nəfər ölüb.

Türkiyədə indiyədək  4,788,700  nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4,255,714-ü müalicə olunaraq sağalıb.