İsraildə FACİƏ: Çoxlu sayda ölən var / VİDEO

İsraildə dini bayram zamanı tribuna uçub və yaranan izdiham nəticəsində 38 nəfər həyatını itirib.
Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Məlumata görə, hadisə Moren dağında, Laq ba-Omer bayramının keçirilməsi zamanı baş verib.
50-dən çox yaralının olduğu bildirilib.
Əraziyə təhlükəsizlik qüvvələri və təcili yardım maşınları cəlb olunub.
Orxan İsmayılov / Redaktor.az