Türkiyədən acı xəbər gəldi - ŞƏHİDLƏR VAR / FOTO

Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.
Redaktor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İraqın şimalında həyata keçirilən "Pençe-Yıldırım" hərəkatı zamanı iki hərbi qulluqçu şəhid olub.
Bölgədə hərbi əməliyyatlar davam etdirilir.
Orxan İsmayılov / Redaktor.az
