İranda daha 407 nəfər koronavirusdan ölüb

İranda son sutkada koronavirusa 19 272 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 407 nəfər COVID-19-dan ölüb.
İranda koronavirusa yoluxanların ümumi sayı 2 499 077, ölənlərin sayı isə 71 758 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az