Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşüb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Moskvada görüşüblər.
Redaktor.az-ın məlumatına görə, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib.
Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.
Bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər. //APA