Rusiyada yol qəzasında altı uşaq ölüb

Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az-ın xəbərinə görə, yol qəzası bu gün Həştərxan-Stavropol avtomobil yolunda qeydə alınıb.
Belə ki, avtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 6 azyaşlı ölüb.
Qəza nəticəsində xəsarət alan 12 nəfər isə xəstəxanaya yerləşdirilib. //APA