Əfqanıstanda partlayış törədilib - Ölənlər var

 20:02 30.04.2021     106

Əfqanıstanın şərqində yerləşən Lohar əyalətində partlayış törədilib, ölən və xəsarət alanlar var.

Redaktor.az-ın xəbərinə görə, bu barədə 1TV telekanalı yerli hakimiyyətə istinadən xəbər yayıb.

Bildirilib ki, hadisə əyalətin paytaxtı Pol-e Alam şəhərində qeydə alınıb.

Partlayış zamanı ən azı 30 nəfər ölüb, 60-dan çox insan xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. //APA