“Sputnik V”nin Türkiyədə tətbiqinə başlanılacaq” - Fəxrəddin Qoca

 21:29 30.04.2021     385

“Ən qısa zamanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin Türkiyədə tətbiqinə başlanılacaq”.

Redaktor.az xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir bildirib ki, peyvəndin ilk partiyasının çatdırılması may ayının əvvəlində reallaşdırılacaq və peyvəndin çatdırılması prosesi iyun ayında tamamlanacaq.

F. Qoca qeyd edib ki, 50 milyon doza “Sputnik V” peyvəndinin çatdırılması üçün müqavilə imzalanıb. //APA