Qırğızıstan və Tacikistan prezidentləri görüşmək qərarına gəldilər

 22:57 30.04.2021     521

Qırğızıstan və Tacikistan prezidentləri Düşənbədə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüş Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı Qırğızıstan Prezidenti Sadır Japarovla Tacikistanın dövlət başçısı Emamali Rahmon arasında telefon danışığı zamanı qərarlaşdırılıb və iki ölkə arasında yaşanan qarşıdurmadan sonra gərginliyi azaltmaq məqsədi daşıyır.

“İki lider may ayının ikinci yarısında Tacikistanın paytaxtı Düşənbədə görüşmək üçün razılaşdılar. İki ölkə hökumətlərinin sərhədlərin delimitasiyası və demarkasiyası üçün mayın 1-də Qırğızıstanın Batken bölgəsində bir araya gəlməsi barədə qərar qəbul etdilər”, - açıqlamada deyilir.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində baş verənlər nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 154 yaralı var. //Qafqazinfo