Paşinyan İrəvana qayıda bilmir

 23:14 30.04.2021     280

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın təyyarəsində texniki nasazlıq aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindəki mənbəyə istinadən “Aysor.am” bildirib.

Məlumata görə, hazırda nasazlıq aradan qaldırılır.

Hökumətdən bildirilib ki, əgər problem həll edilməsə, nümayəndə heyəti Ermənistana başqa təyyarədə qayıdacaq.

Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasının paytaxtı Kazanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edib. //Report